Mayk Pompeo - Rusiya Gürcüstanın suveren ərazisinə soxuldu
Mayk Pompeo - Rusiya Gürcüstanın suveren ərazisinə soxuldu

Rusiya Gürcüstanın suveren ərazisinə soxuldu, – bu bəyanatı Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Mayk Pompeo verdi.

Onun dediyinə görə, Rusiya qərb dəyərlərini müntəzəm olaraq şübhə altına alır.

“Rusiya qərb dəyərlərini – azadlıq və beynəlxalq əməkdaşlığı şübhə altına aldı. O, bunu müxalifətin səsinin susdurulması ilə etdi, suveren ölkələr – Ukrayna və Gürcüstanın ərazilərinə soxuldu. Moskva başqa ölkənin ərazisində zəhərli maddədən istifadə etdi və bu Avropada baş verdi. Bu, Rusiyanın özünün də imzaladığı konvensiyanın pozulmasıdır”, – ABŞ-ın dövlət katibi, Mayk Pompeo bəyan etdi.