Mayk Pompeo - Gürcüstan korrupsiya ilə mübarizədə, müasir dövlət institularının inkişafında və təhlükəsizlik məsələlərində müəyyən tərəqqiyə nail oldu
Mayk Pompeo - Gürcüstan korrupsiya ilə mübarizədə, müasir dövlət institularının inkişafında və təhlükəsizlik məsələlərində müəyyən tərəqqiyə nail oldu

ABŞ Dövlət Katibi Mayk Pompeo Gürcüstana səfər çərçivəsində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş haqqında “Tvitterdə” yazıb.

Onun dediyinə görə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə, məhkəmə sisteminin islahatı və demokratik proseslərlə bağlı səmimi söhbəti oldu.

“Vətəndaş cəmiyyətinin nümayəndələri ilə, məhkəmə sisteminin islahatı və demokratik proseslərlə bağlı xoş və səmimi söhbətimiz oldu. Gürcüstan korrupsiya ilə mübarizədə, müasir dövlət institularının inkişafında və təhlükəsizliyin gücləndirilməsi məsələlərində müəyyən tərəqqiyə nail oldu.

Amerikanın özəl sektorlarının investisiyaları stabil, müstəqil məhkəmə sistemindən asılıdır. Görüləcək hələ çox işlər var. Biz isə, dəstək verməyə davam edirik” – yazır Mayk Pompeo.