Mayk Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməkdən imtina edib
Mayk Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməkdən imtina edib

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens “indi onun vaxtı deyil” deyərək 2024-cü il prezident seçkilərində iştirak etməkdən imtina edib.

“Biz həmişə bunun çətin mübarizə olacağını bilirdik, amma peşman deyiləm”, – Pens qeyd edib.

Keçmiş vitse-prezident əlavə edib ki, o, seçki kampaniyasını dayandıracaq, lakin mühafizəkar dəyərlər uğrunda mübarizəni heç vaxt dayandırmayacaq.