Maya Xacişvili - Acaranın bütün məktəbləri hazırlıqlıdır ki, tədris prosesi sinif otaqlarında təhlükəsiz mühitdə keçirilsin
Acarada bu gün tədris prosesi 228 orta və 24 özəl məktəbdə bərpa olundu. İki həftəliyinə təxirə salınan yeganə məktəb, Şuaxevidə Sinareti kənd məktəbidir. Acara Təhsil naziri, Maya Xacişvilinin bəyan etdiyinə görə, ilkin testləşdirmə nəticəsində məktəbin üç müəllimində koronavirus aşkar edildi.
“Tədris prosesi hər yerdə bərpa olundu. Yalnız Şuaxevidə, Sinareti kənd məktəbində əngəllərimiz var. Prosesi iki həftəliyinə təxirə saldır. İlkin testləşdirmə nəticəsində məktəbin üç müəllimində koronavirus aşkar edildi. Bu məktəbdə cəmi 19 şagirdimiz var”, – Maya Xacişvili bəyan etdi.
Nazirin bəyan etdiyinə görə, Acaranın bütün məktəbləri hazırlıqlıdır ki, tədris prosesi sinif otaqlarında təhlükəsiz mühitdə keçirilsin.
Batumi miqyası ilə, onlayn rejimdə tədrisin davam etidilməsi üçün üç minə qədər şagird qeydiyyatdan keçdi.