Acarada koronavirusun üç yeni halı aşkar edildi, 17 pasiyent sağaldı

11:44, 09.03.2021

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun üç yeni halı aşkar edildi, 17 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 757-ə çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən dördünün vəziyyəti kritikdir. Cəmi klinikada 101, kovid-mehmanxanada 12 və onlayn klinikada 71 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 11 pasiyent klinikanı tərk etdi.

Oxşar