"Masterşef"in yeddinci mövsümünün finalçılarının kimliyi bəlli olub
Gürcüstanın Birinci Kanalının kulinariya meqaşousunun “Masterşef”in yeddinci mövsümünün üç finalçısının kimliyi bəlli olub. Mariam Bartia, Tamar Bekauri və Sandra Koreneviç ölkənin ən yaxşı aşbazı titulunu qazanmaq uğrunda mübarizə aparacaqlar.
Bugünkü yarımfinal şousunda layihənin finalçıları məlum olub.
“Masterşef”in yeddinci mövsümünün finalı iyunun 19-da keçiriləcək. Meqalayihənin seçilmiş aşbazı üç finalçı arasından bəlli olacaq.
Gürcü teleməkanında yeganə lisenziyalı beynəlxalq kulinariya meqaşousu, “Masterşef”in yeddinci mövsümü aprelin 17-də Gürcüstanın Birinci Kanalında başlayıb.