Maskanın  taxılması qaydasının pozulmasına  görə təyin olunmuş  cərimə sanksiyaları artıq qüvvədədir
Maskanın  taxılması qaydasının pozulmasına  görə təyin olunmuş  cərimə sanksiyaları artıq qüvvədədir

 

 Maskanın məcburi qaydada taxılması ilə bağlı qanunvericilik dəyişiklikləri artıq qüvvəyə minib.Gürcüstan prezidenti tərəfindən  imzalanmış qanun Qanunvericilik Carçısında dərc olunub və müvafiq olaraq,artıq qüvvədədir.

 Yeni qanuna əsasən, pandemiya və ya epidemiya zamanı  qapalı ictimai yerdə maska taxmaq qaydasının pozulması fiziki şəxsin 20 lari miqdarında cərimələnməsi ilə nəticələnəcək.

 Pandemiya və ya epidemiya zamanı  qapalı ictimai yerə maskası olmayan şəxsin daxil olmasına icazənin verilməsi  qapalı ictimai yerin sahib olan hüquqi şəxsin və ya fərdi sahibkarın 500 lari miqdarında cərimələnməsi  ilə nəticələnəcək.

 Pandemiya və ya epidemiya zamanı  ictimai nəqliyyatla ,o cümlədən metro ilə hərəkət edərkən  ,bu maddənin birinci hissəsi ilə  nəzərdə tutulmuş maska taxmaq qaydasının pozulması ,bu qaydanı pozanın 20 lari miqdarında cərimələnməsi ilə nəticələnəcək.

Pandemiya və ya epidemiya zamanı  (M1 kateqoriyalı) taksi ilə hərəkət edərkən , bu maddənin birinci hissəsi ilə  nəzərdə tutulmuş maska taxmaq qaydasının pozulması ,bu qaydanı pozanın 20 lari miqdarında cərimələnməsi ilə nəticələnəcək.

 

    Hazırladı-Sevinc Mustafayeva