Maska taxmaq qaydasının pozulmasına görə fiziki şəxs 50,hüquqi şəxs isə 500 lari miqdarında cərimələnəcək
Maska taxmaq qaydasının pozulmasına görə fiziki şəxs 50,hüquqi şəxs isə 500 lari miqdarında cərimələnəcək

 

 Maska taxmaq qaydasının pozulmasına görə pul cəriməsi  tətbiq ediləcək. Müvafiq dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə daxil edilir.

 Dəyişikliklər layihəsinə görə, qapalı ictimai məkanda  bir araya gələrkən maska taxmaq qaydasını  pozduğuna görə fiziki şəxs 50 lari  miqdarında cərimə ediləcək.Həmçinin ,maskası olmayan şəxsin qapalı ictimai məkana daxil olmasına icazə verilməsinə görə,  qapalı ictimai məkanın sahibi olan hüquqi şəxs 500 lari miqdarında  cərimələnəcək.

Qanunlayihəyə görə, ictimai nəqliyyatla,metroyla yerdəyişmə zamanı  sərnişin  və sürücü  maska taxmaq məcburiyyətindədir. Əgər sərnişin maska taxmazsa,o zaman 50 lari miqdarında cərimələnəcək. Sürücü də həmçinin əgər maska taxmaz isə, 50 lari miqdarında cərimələnəcək.

Taksilərə (M1 kateqoriyalı) gəlincə isə, taksi ilə səyahət edərkən sürücü və sərnişin maska taxmağa  məcburdur. Əgər sərnişin maska taxmazsa,o zaman 50 lari miqdarında cərimələnəcək. Sürücü də həmçinin əgər maska taxmaz isə, 50 lari miqdarında cərimələnəcək.Dörddən çox adamın (sürücü də daxil olmaqla) taksi ilə daşınmasına görə sərnişinlər və sürücü  50-50 lari  cərimə ediləcəklər.

Dəyişikliklər, təcrid və karantin qaydalarının digər pozuntularına da aiddir, bunun üçün fiziki şəxs 2000 lari  və hüquqi şəxs 10000 lari miqdarında  cərimə ediləcəkdir.

Bununla birlikdə, dəyişikliklərə əsasən, bir tək   şəxsin 5-ci bənddə göstərilən təcrid və karantin qaydalarını təkrar pozması və ağır nəticələr ilə əlaqəli olması halında ,ona qarşı    cinayət məsuliyyəti tətbiq ediləcəkdir.

 Hazırladı-Sevinc Mustafayeva