Martın sonunda Türkiyə və Avropa İttifaqı liderləri arasında görüş keçiriləcək
Martın sonunda Türkiyə və Avropa İttifaqı liderləri arasında görüş keçiriləcək

“Welt” alman qəzeti, diplomatik mənbəyə istinad edərək məlumat yayır ki, martın sonunda Türkiyə və Avropa İttifaqı liderləri arasında yüksək səviyyəli görüş keçiriləcək

Nəşrə uyğun olaraq, Brüsel Ankara ilə əlaqələrin yaxşılasmasına cəhd edir.

Görüşdə əsasə mövzu beynəlxalq terrorizmlə mübarizə, immiqrasiya siyasəti, enerji problemləri və iki ölkə arasında tələbə mübadiləsi məsələsi olacaq.

Plana görə Rəcəb Tayyib Ərdoğanla görüşdə Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Parlamentinin sədri Antonio Tianan iştirak edəcək.

Görüşün dəqiq tarixi və yeri hələ müəyyənləşdirilməyib.