Marneulidə yeni futbol stadionunun inşaatı üçün tender elan edildi
Marneulidə yeni futbol stadionunun inşaatı üçün tender elan edildi

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Munisipal İnkişaf Fondu Marneuli şəhərində 1500 nəfər üçün nəzərdə tutulan futbol stadionunun inşaatı üçün tender elan etdi.

Munisipal inkişaf fondunun məlumatına görə, layihə Gürcüstan iqtidarı tərəfindən dəstəklənir.

Tender haqqında detallı məlumat munisipal inkişaf fondunun veb-səhifəsində yerləşdirilib: http://mdf.org.ge/?site-lang=ka&site-path=tenders/current_tenders/&id=3784

Fondun məlumatına görə, layihə FİFA-nın ikinci kateqoriya stadion tələblərini qane edən, 1500 nəfərlik tribunası olan stadionun tikilməsini nəzərdə tutur.

Layihə çərçivəsində iki mərtəbəli bina da tikiləcək. Birinci mərtəbədə soyunma otaqları və idman zalı, ikinci mərtəbədə isə, stadion administrasiyasının ofisi yerləşəcək.