Marneuli munisipalitetinin Saimerlo kəndində yeni uşaq bağçası açılacaq
Marneuli munisipalitetinin Saimerlo kəndində yeni uşaq bağçası açılacaq

Marneuli munisipalitetinin Saimerlo kəndində yeni uşaq bağçası açılacaq.

Marneuli munisipaliteti mətbuat xidmətinin məlumatına görə, ikimərtəbəli uşaq bağçası dörd qrup üçün hesablanıb. Bina MİM şəxslər üçün adaptasiya olunmuş olacaq.

Elə onların məlumatına görə, bina üçün müəyən olunmuş ərazidə 2-ci dünya müharibəsi veteranları və avqust müharibəsi zamanı qəhramancasına həlak olan Zaza Boçoidzenin memorialı yerləşir.

Layihəyə uyğun olaraq onun yerinin dəyişdirilməsi nəzərdə tutulub.

Uşaq bağçasının tikintisi üçün yerli büdcədən 686 000 lari ayrılıb. Hazırda tikinti işləri üzrə tender başa çatıb.