Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi açıldı
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi açıldı

Marneulidə bu gün, Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi açıldı. Layihə Azərbaycan Diasporu Komitəsinin dəstəyi ilə həyata keçirildi.

Mərkəzin açılışında Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Azərbaycan diasporu komitəsinin rəhbəri Fuad Muradov, parlament üzvləri, Azərbaycan və Türkiyə səfirləri və Kvemo Kartlinin qubernatoru iştirak edirdilər.

İnteqrasiya Mərkəzi bir neçə istiqamət üzrə işləyəcək. İdman və maarifləndirmə dairələri yerləşdiriləcək. Gənclər gürcü, inglis, ümumi bacarıqlar, Gürcüstan və Azərbaycan tarixini pulsuz öyrənəcəklər.