Mark Esper - Gürcüstana partnyor yardımını davam etdirəcəyik ki Rusiya tərəfindən edilən kiberhücumdan özünü qoruya bilsin
ABŞ-ın Müdafiyə Naziri Mark Esper bəyan edir ki, Vaşinqton öz partnyoru və müttəfiqi olan Gürcüstana yardım etməyə davam edəcək ki, o Rusiya tərəfindən edilən kiberhücumdan özünü qoruya bilsin.
Bu barədə bəyanatı Mark Esper Gürcüstana qarşı həyata keçirilən kiberhücumla bağlı jurnalistlərin suallarını cavablandırarkən verdi.
“Rusiya öz kibergücünü çox artırıb. Onlar bir çox ölkənin işlərinə qarışıb, təsir etməyə çalışırlar. Biz bu məsələyə ciddi yanaşırıq. Gürcüstana isə, yardım etməyə davam edəcəyik ki, Rusiyanın kiberhücümlərindən qoruna bilsin” – dedi Mark Esper.