Marina Ezuqbaiya bəyan edir ki, koronavirusu olan altı yeni pasientin yoluxması mənbəyi məlumdur
Marina Ezuqbaiya bəyan edir ki, koronavirusu olan altı yeni pasientin yoluxması mənbəyi məlumdur

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusa yoluxmanın 97 təsdiq olunmuş halından 47 halı onların klinikasında qeydə alınır.

Elə onun dediyinə görə, yeni pasientlərin yoluxmaları mənbəyi məlumdur.

“Koronavirusa yoluxmanın 97 təsdiq olunmuş halından 47 halı bizim klinikada qeydə alınır. Bildiyiniz kimi, dünən bir pasient daxil edildi. Mənbə İngiltərədir. Geridə qalan altı pasientin mənbəyi məlumdur. Bunlar son halın kontaktlarıdırlar. Dördü Qori Hospitalına, ikisi isə, Universitet Klinikasına yerləşdirilib”, – Ezuqbaiya bəyan etdi.