Marina Ezuqbaia - Distansiya və siniflərdə şəxsi higienanın qorunması koronavirusun yayılmasını dayandıra bilər
Qarışıq metodla təhsil, günaşırı sinif dərslərini və onlayn-dərsləri nəzərdə tutur, ancaq elə imkan da var ki, məktəblər öz funksiyasını qaytarsınlar, – bu barədə bəyanatı Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia verdi.
Marina Ezuqbaia qeyd etdi ki, siniflərdə distansiya və şəxsi higienanın qorunması koronavirusun yayılmasına mane ola bilər.
“Koronavirusun yeni hallarının olmayacağı barədə bəyanat təbii ki, çox iddialı olacaq, ancaq bizdə olan stabil vəziyyəti qorumaq üçün, requlyasiyaları da qorumalıyıq” – dedi Marina Ezuqbaia.