Gürcüstanda koronavirusdan sağalan pasiyentlərin sayı artıq 16 nəfəri təşkil edir.
Bu barədə məlumatı Tbilisi İnfeksiya Xəstənasının tibbi direktoru Marina Ezuqbaia verdi.
“Yenilik odur ki, bir pasiyentimizə səhər keçirilən ikinci testin nəticəsi mənfi çıxdı və bu da deməkdir ki, yenə bir pasiyent virusdan sağaldı, ancaq o hələ xəstəxanadan çıxmayıb. Beləliklə, ölkədə koronavirusdan sağalan 16 pasiyentimiz var, 15 klinikamızda, biri isə, Saçxere klinikasında” – dedi Marina Ezuqbaia.
Bununla yanaşı, onun dediyinə görə, səhərdən sonraki göstəricilər dəyişməyib və bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxanların sayı 85-dir.