Gürcüstanda koronavirusa yoluxan 14-cü pasiyent sağaldı və klinikayı tərk etdi
Gürcüstanda koronavirusa yoluxan 14-cü pasiyent sağaldı və klinikayı tərk etdi

Tbilisi İnfeksiya Xəstəxanasını bu gün koronavirusdan sağalan 14-cü pasient tərk etdi.

Bu barədə məlumatı klinikanın tibbi direktoru Marina Ezuqbaia verdi.

Marina Ezuqbaianın dediyinə görə, səhərki göstəricilərdən sonra, ölkədə koronavirus sayı artmayıb.

“Hazırda klinikamızda 32 pasiyent müalicə görür. Klinikadan çıxan pasiyentlər yenə də, hər ehtimala qarşı, iki həftə evlərində izolyasiyada olacaqlar” – dedi Marina Ezuqbaia.

Bu vaxt üçün, koronavirusa yoluxanların sayı artmayıb və ölkədə artıq 14 sağalmış pasiyent var.