Mariam Jaşi - proporsional seçki sisteminə keçid, hər bir vətəndaşın səsinin parlament təmsilçiliyində daha yaxşı əks olunacağına zəmanət verərdi
Ölkəmiz proporsional seçki sisteminə nə qədər tez keçsə idi, cəmiyyətimiz üçün bu ,bir o qədər vacib olardı , – deyə Müstəqil Deputatlar parlament fraksiyasının sədri Mariam Jaşi Gürcüstanın Birinci kanalının efirində konstitusiya layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, proporsional seçki sistemi parlament təmsilçiliyində hər bir vətəndaşın səsinin daha yaxşı təmsil olunmasına zəmanət verərdi.
“Mən bu prosesləri bir neçə fərqli baxımdan qiymətləndirə bilərəm, çünki bəhsi keçən çağırış parlamentində üç il boyunca əksəriyyətinin tərkibində idim. Ölkəmiz proporsional seçki sisteminə nə qədər tez keçsə idi, cəmiyyətimiz üçün bu ,bir o qədər vacib olardı.Çünki bu, hər bir vətəndaşın səsinin parlament təmsilçiliyində daha yaxşı əks olunacağına zəmanət verərdi.
Lakin 2017-ci ildə Qiorqi Kvirikaşvilinin baş nazir olduğu dövrdə Gürcü Arzusunda 2020-ci il üçün tam proporsional qaydaya keçidlə bağlı böyük istəyin olduğu vaxtda şəxsən mən müzakirələrdə iştirak edirdim, amma daxili müzakirə nəticəsində kompromis əldə edildi və bu qeyd 2024-cü ilə dəyişdirildi. Beləliklə, mən o mərhələdən irəli gələrək həqiqətən tənqid edə bilmərəm, amma noyabr ayında razılaşdırılmış dəyişiklik uğursuzluğa düçar olduqda , “Gürcü Arzusu” tərəfindən verilən vədin yerinə yetirilə bilinməməsi o qədər gözlənilməz və o dərəcədə məyusedici oldu ki, nəinki mən, həm də bir çox həmkarım əksəriyyəti sıralarını tərk etməyə məcbur olduq “-deyə Mariam Jaşi bildirib.
Millət vəkilinin qeyd etdiyi kimi, bütün seçki sistemləri qanunidir, ancaq söz verib və daha sonra bunu yerinə yetirmək üçün imkan verilmədikdə ciddi sual yaranır.
O,səfirlərin sonrakı mərhələlərdə çox mühüm rol oynadığını bildirib.
Konstitusiya Komissiyasının üzvləri Archil Talakvadze, İrakli Kobaxidze, İrma İnaşvili və Mariam Jaşi Gürcüstanın Birinci Kanalında yayımlanan konstitusiya dəyişikliklərinin ümumi-ictimai müzakirəsində iştirak edirlər. Vahid Milli Hərəkatın üzvü Tina Bokuchava və Avropalı Gürcüstanın nümayəndəsi Serqi Kapanadze müzakirələrdə iştirakdan imtina etdilər.
Hazırladı-Sevinc Mustafayeva