Manhettendə "Grand Central Terminal" qatar stansiyasında Qəzzada atəşkəsə dəstək aksiyası keçirilib, terminal bir neçə saatlıq bağlanıb
Manhettendə "Grand Central Terminal" qatar stansiyasında Qəzzada atəşkəsə dəstək aksiyası keçirilib, terminal bir neçə saatlıq bağlanıb

Manhettendəki “Grand Central Terminal” dəmiryol vağzalında Qəzzada atəşkəsə dəstək aksiyası keçirilib.

Metropoliten Nəqliyyat Xidmətindən verilən məlumata görə, gündə təxminən 750 min ziyarətçisi olan terminal bir neçə saatlıq bağlanıb.

Məlumatlara görə, hazırda dəqiq sayı məlum olmasa da polis mitinq zamanı bir neçə nəfəri həbs edib.