Mamuka Xazaradze - Dinc, sakit etirazımız olacaq ki, ABŞ-ın Dövlət Katibi küsmüş, aldadılmış vətəndaşları görsün və seçicilərin mövqeyini anlasın
Mamuka Xazaradze - Dinc, sakit etirazımız olacaq ki, ABŞ-ın Dövlət Katibi küsmüş, aldadılmış vətəndaşları görsün və seçicilərin mövqeyini anlasın

Dinc, sakit etirazımız olacaq ki, ABŞ-ın Dövlət Katibi küsmüş, aldadılmış vətəndaşları görsün və seçicilərin mövqeyini anlasın, – bu barədə bəyanatı “Lelo” Gürcüstan partiyasının lideri Mamuka Xazaradze sanah, noyabrın 18-i üçün planlaşdırılan aksiya ilə bağlı verdi.

Xazaradzenin dediyinə görə, onun ehitmalıdır ki, səfər çərçivəsində, Mayk Pompeo müxalifət ilə də görüşəcək.

“Şəxsi ehtimalıma görə, Pompeonun müxalifətlə də komunikasiyası olacaq. Məncə o Gürcüstanda demokratik seçkilər baxımından əslində nə baş verdiyi ilə maraqlanacaq. Düşünürəm ki, müxalifətlə onun komunikasiyası mütləq olacaq.

Əminəm ki, seçkilər mövzusu ən prioritetli mövzu olacaq, çünki bu prosesdə ABŞ səfiri də fasilitator kimi iştirak edir və təbii ki, bu əsas mövzulardan biri olacaq” – dedi Mamuka Xazaradze.