Mamuka Mdinaradze - Unikal koda diqqət yetirmək deməkdir ki, "Milli Hərəkat" Melianın girov məbləğini dolayı yollarla ödəyəcək

Nika Melianın bəyanatlarından tək bir qənaətə gəldik ki, “Milli Hərəkat” onun girov məbləğini dolayı yollarla ödəməyi düşünür, – bu bəyantı “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze verdi.

Onun dediyinə görə, Nika Melianın bəyanatı ictimaiyyəti aldatmaq cəhdidir.

“Bu adam güya girovu ödəməyi düşünmür, ancaq onun bəyanatlarından tək bir qənaətə gəldik ki, girov məbləğini dolayı yollarla ödəmək istəyir. Mən bütün məsuluyyətimlə bəyan edirəm ki, onun yerinə girov ödəmək ağlımıza belə gəlmir. Əgər girov ödəmək istəyirsə, ictimaiyyəti aldadmağın və manipulyasiyaların başını buraxsın və qanuna tabe olsun.

Girovun ödəniş kodu ilə bağlı da yalan danışır. Ödəniş hesabı hərkəs üçün açıqdır və kodsuz da ödəniş həyata keçirilə bilər” – dedi Mdinaradze.