Mamuka Mdinaradze - Parlament əksəriyyəti Nika Melianın imunitetinin dayandırılmasını dəstəkləyəcək
Mamuka Mdinaradze - Parlament əksəriyyəti Nika Melianın imunitetinin dayandırılmasını dəstəkləyəcək

Parlament əksəriyyətinin iclasında gündəmdə olan siyasi məslələri müzakirə etdik, bunlar seçki islahatları, mədəniyət komitəsinin yaradılması təşəbbüsü və həmçinin, Nika Melianın deputat səlahiyyətlərinin dayandırılması məsələləridir, – bu bəyanatı “Gürcü Arzusunun” mərkəzi ofisində keçirilən iclas başa çatdıqdan sonra “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze verdi.

Mamuka Mdinaradzenin bəyanatına görə, “Gürcü Arzusunun” məqsədi odur ki, qanunun aliliyi qorunsun və hüquqi sistemin icrası yerinə yetirilsin.

“Biz Nika Melianın deputat imunitetinin dayandırılması məsələsinin müzakirəsini artıq təxirə salmadıq və parlament əksəriyyəti onun deputat səlahiyyətinin dayandırılmasını dəstəkləyəcək.

Onun provokasiyalı siyasi gündəm yaratmaq yerinə, qanuna hörmət edib, tabe olmaq üçün hələ də vaxtı var” – dedi Mamuka Mdinaradze.