Mamuka Mdinaradze opponentləri dialoqa çağırır və deyir ki, cinayət işləyən şəxslər üçün siyasət nə bir sığınacaq, nə də indulgensiya deyil

“Gürcü Arzusu – Demokratik Gürcüstan”-ın adından bütün opponentlərimizi dialoq masasına çağırırıq, çünki dialoqun və konsensunsun alternativi yoxdur” – bu barədə bəyanatı parlament əksəriyyətinin lideri Mamuka Mdinaradze bu günki mətbuat konfransında verdi.

Mdinaradze qeyd etdi ki, hər bir məsuliyyətli siyasətçi dialoq prosesinə qoşulmalıdır və konsensus üçün optimal yol tapmalıdır.

“Bu həm ictimaiyyətin gözləntisi, həm də partnyorlarımızın tövsiyyəsidir. Siyasi proseslərdə bizə vasitəçilik edən ABŞ səfirliyinə də təşəkkür edirik. Gigi Uqulava üçün verilən həbs qərarı ilə bağlı ABŞ səfirliyinin narahatçılğını başa düşürük, ancaq siyasət cinayət işləyən şəxslər üçün nə sığınacaq, nə də indulgensiya deyil. Dövlət məbləğlərinin qeyri-qanuni şəkildə xərclənməsinə də hökümət gərəkən reaksiya verəcək” – dedi Mamuka Mdinaradze.