Mamuka Mdinaradze ehtimal edilən konstitusiya dəyişiklikləri haqqında
Mamuka Mdinaradze ehtimal edilən konstitusiya dəyişiklikləri haqqında

“Majoritarlar 2024-cü ildəki seçkilərin tamamilə majoritar sistemi ilə keçirilməsi ilə bağlı təşəbbüslərini geri çəkəcəklər, biz isə, 2020-ci ilin parlament seçkilərinə qədər bütün riskləri aradan qaldıran mexanizmləri hazırlayacağıq” – bu barədə bəyanatı parlament əksəriyyətinin lideri Mamuka Mdinaradze brifinqdə verdi.

“2020-ci ildən 2024-cü ilə qədər müddətdə, parlament seçkilərinin proporsiyonal sistemlə keçirilməsi gərəkdiyi barədə davam edən söhbətlər qeyri-stabillik əhval-ruhiyyəsini yaradır və siyasi krizislərin qəsdlə yaradılmasına yol aça bilər.

Ona görə də, biz yeni konstitusiya dəyişikliklərini qəbul etməliyik, hansılarına əsasən, hərhansı növbədən kənar parlament seçkiləri 2024-cü ilə qədər yenə qarışıq sistemlə keçiriləcək. Bu təqdirdə, majoritar deputatlar da öz təşəbbüslərini geri çəkəcəklər.

Əgər biz belə bir qarantiyayı yarada bilməsək, majoritarlar öz təşəbbüslərini həyata keçirmək məqsədi ilə, referendum tələb etmək prosesinə davam edəcəklər” – dedi Mamuka Mdinaradze.