Mamuka Mdinaradze - İqtidar qrupunda seçkilərin təxirə salınması məsələsi müzakirə olunmayıb
Mamuka Mdinaradze - İqtidar qrupunda seçkilərin təxirə salınması məsələsi müzakirə olunmayıb

Parlament əksəriyyətinin lideri Mamuka Mdinaradzenin bəyanatına görə, parlament seçkilərinin tarixinin dəyişdirilməsi planlaşdırılmır.

Mamuka Mdinaradzenin jurnalistlərə dediyinə görə, iqtidar dəstəsində, seçkilərin təxirə salınması məsələsi müzakirə olunmayıb.

“Biz nə seçkilərin təxirə salınması, nə də səkkiz mart razılaşması ilə bağlı müzakirə aparmamışıq. Əgər o vaxt üçün ölkədə fövqəladə vəziyyət elan edilsə, seçkilər təxirə salına bilər. Ümid edirik ki, ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac olmayacaq.

Seçkilər oktyabrın 31-də keçiriləcək, ancaq əgər fövqəladə vəziyyət elan edilsə belə, fövqəladə vəziyyətin başa çatmasından 45-60 gün müddətində, seçkilərin keçirilmə müddəti təyin edilməlidir” – dedi Mamuka Mdinaradze.

Parlament əksəriyyətinin üzvü İrakli Kobaxidze isə, epidemioloji vəziyyətdən irəli gələrək, seçkilərin tarixinin dəyişdiriləcəyini istisna etmir.