Mamuka Mdinaradze - Bütün sorğulamalar göstərir ki, nə ayrı, nə də birləşmiş şəkildə, müxalifətin seçkilərdə heç bir şansı yoxdur
Mamuka Mdinaradze - Bütün sorğulamalar göstərir ki, nə ayrı, nə də birləşmiş şəkildə, müxalifətin seçkilərdə heç bir şansı yoxdur

Parlament əksəriyyətinin lideri Mamuka Mdinaradzenin bəyanatına görə, ictimaiyyətin mövqeyi və reytinqlərlə bağlı bütün sorğulamalar göstərir ki, müxalifətin nə ayrı, nə də birləşmiş şəkildə, parlament seçkilərində heç bir şansı yoxdur.

“Əgər onlar sadəcə bir namizəd təqdim etsələr, hesab edə bilərik ki, birinci turda məğlub olacaqlar, ancaq bir neçə namizədləri olsa, bir neçə bölqədə ikinci tur lazım ola bilər.

Onlar namizədlərlə bağlı öz aralarında razılaşa bilmirlər. Məncə iqtidarın komplektləşdirilməsi ilə bağlı heç illyuziyaları da yoxdur” – dedi Mamuka Mdinaradze.