Mamuka Mdinaradze bəyan edir ki, amnistiya nəticəsində, mindən artıq məhbus azad olunacaq
Mamuka Mdinaradze bəyan edir ki, amnistiya nəticəsində, mindən artıq məhbus azad olunacaq

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin bəyanatına görə, mindən artıq məhbusun azad ediləcəyi amnistiya planlaşdırılır.

Azad olunacaq məhbusların dəqiq sayı ilə bağlı suallara isə, Mamuka Mdinaradze cavab verir ki, amnistiya nəticəsində azad olunan məhbusların sayı daha artıq ola bilər, çünki azad edilmə hallarının əksəriyyəti cəzanın azaldılması ilə bağlıdır.

“Təbii ki, biz riskləri də düşünürük, hər istiqamətdə məsləhətləşmələr davam edir və necə zərər görənlərin, eləcə də, məhbusların arqumentləri nəzərə alınır.

Əlbəttə ki, amnistiya nəticələri ilə hərkəs razı ola bilməz. Kimlərsə, hər halda cinayətin ikinci dəfə törədilməsi riskini görəcəklər. Bəziləri isə, əksinə loyallığın az olduğunu bildirəcəklər.

Amnistiya həm humanist bir aktır, həm də maksimal olaraq risklər nəzərər alınır ki, ictimaiyyətin təhlükəsizliyinə zərər gəlməsin – dedi Mamuka Mdinaradze.