Mamuka Xazaradze - "Lelo"-nun qapısı hərkəs üçün açıqdır və sayımız gündən-günə artır
“Lelo” partiyası təsis edildiyi gündən etibarən, müstəqil bir qüvvədir, seçkilərdə də necə majoritar, eləcədə partiya siyahısı ilə, müstəqil şəkildə iştirak edəcək, – bu barədə bəyanatı “Lelo”-nun təsisçisi, TBC Bankın sabiq rəhbəri Mamuka Xazaradze verdi.
Mamuka Xazaradzenin dediyinə görə, “Lelo” hərhansı partiya ilə birləşməyi düşünmür.
“Lelo”-nun qapısı hərkəs üçün açıqdır və sayımız gündən-günə artır. Yeni platformamızda enerji dolu gəncləri və professiyonalları gözləyirik.
Oktyabr ayı ölkəmiz üçün qərar vericidir, çünki ölkə inkişafını dayandıran və gələcəyini əlindən alan, bacarıqsız bir iqtidarı hakimiyyətdən uzaqlaşdırmalıyıq” – dedi Mamuka Xazaradze.