Mamuka Baxtaze - Çağırışlara rəğmən, biz aqressiyaya sülh yolu ilə həll edilməyə yönəldilmiş danışıqlarla cavab veririk
Sülhə və sabitliyə, ancaq onların əksikliyini görüb, hiss edənlər yetərli qədər dəyər verə bilər, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze, Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının 73-cü sesiyası çərçivəsində keçirilən, Nelson Madelanın sülh sammitində nitqlə çıxış edərkən verdi.
Baş nazir Gürcüstanın işğal altında olan regionlarına diqqət yetirdi və iqtidarın “Daha yaxşı gələcək üçün addım” adlı sülh təşəbbüsü barədə söz etdi.
Ölkə başçısı qeyd etdi ki, mövcud olan çağırışlara baxmayaraq, Gürcüstan aqressiyaya sülh yolu ilə tənzimlənməyə doğru yönləndirilən danışıqlarla cavab verir.
“Biz kəsin qərar vermişik ki, işğal xətti arxasında yaşayan vətəndaşlarımıza öz səsimizi çatdıraq və onlarla aramızda körpü yaradaq ki, gələcəyimiz bir olsun” – dedi Mamuka Baxtadze.
Bu haqda məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.