Mamuka Baxtadze - Zviad Qamsaxurdiyanın Gürcüstanın çoxəsrlik tarixində töfhəsi xüsusidir
Mamuka Baxtadze - Zviad Qamsaxurdiyanın Gürcüstanın çoxəsrlik tarixində töfhəsi xüsusidir

Zviad Qamsaxurdiyanın Gürcüstanın çoxəsrlik tarixində töfhəsi xüsusidir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Gürcüstanın birinci prezidenti, Zviad Qamsaxurdiyanın 80 illik yubileyi ilə bağlı keçirilən sərgidə jurnalistlərə bəyan etdi.

Onun dediyinə görə, Zviad Qamsaxurdiyanın yubileyi ilə bağlı Gürcüstanın bölgələrində müxtəlif tədbirlər planlaşdırılıb. Bununla yanaşı qeyd etdi ki, hökumətin qərarı ilə, Gürcüstan Poçtu Zviad Qamsaxurdiyanın yubiley markasını çap etdirdi.

Baş nazirin dediyinə görə, ayıbdır ki, Gürcüstanın ilk prezidentinin vəfat etməsi işi hələ də araşdırılmayıb.

Gürcüstanın birinci prezidenti, Zviad Qamsaxurdiyanın 80 illik yubiley tarixi bu gün müxtəlif tədbirlərlə qeyd olunacaq.