Mamuka Baxtadze UFC liqasında Gürcüstan bayrağı altında döyüşən yeganə idmançı, Merab Dvalişvili ilə görüşdü
Mamuka Baxtadze UFC liqasında Gürcüstan bayrağı altında döyüşən yeganə idmançı, Merab Dvalişvili ilə görüşdü

Gürcüstanın baş naziri, Mamuka Baxtadze UFC liqasında döyüşən idmançı, Merab Dvalişvili ilə görüşdü.

Merab Dvalişvili ABŞ-da, UFC liqasında Gürcüstan bayrağı altında döyüşən yeganə idmançıdır.

Son qələbəsini o, sentyabrın 15-də qazandı. O, Amerikalı rəqibini, Turian Uoru məğlubiyyətə uğratdı.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Mamuka Baxtadze Dvalişvilinin qələbəsini təbrik etdi və qeyd etdi ki, ABŞ-da gürcü idmançısının yarışması ölkəmizin populyarlaşdırılması baxımından çox əhəmiyyətlidir. Baş nazir ona uğurlar arzuladı.