Mamuka Baxtadze - prezident Trampın administrasiyası şəraitində, Gürcüstan və ABŞ arasında əlaqələr yüksək sviyyədədir
Mamuka Baxtadze - prezident Trampın administrasiyası şəraitində, Gürcüstan və ABŞ arasında əlaqələr yüksək sviyyədədir

Prezident Trampın administrasiyası şəraitində, Gürcüstan və ABŞ arasında əlaqələr yüksək sviyyədədir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Münhen Təhlükəsizliyinin 55-ci Konfransında nitqlə çıxış edərkən bəyan etdi.

“Lap başdan demək istəyirəm, Amerika Birləşmiş Ştatları bizim strateji partnyorumuzdur və güclü ikipartiyalı dəstəyimiz var. Lakin eyni zamanda xatırlatmaq istəyirəm ki, prezident Trampın administrasiyası şəraitində, Gürcüstan və ABŞ arasında əlaqələr yüksək sviyyədədir. Bu fakt açıq-aydındır.

Elə burada qeyd etmək istəyirəm ki, “donmuş münaqişə” və “hibrid müharibəsi” terminləri dünyada indi populyar olur, bizdə isə, “hibrid müharibəsi” 90-cı illərin əvvəlində mövcuddur. Rusiya Gürcüstana qarşı aqressiv addımların atılmasını davam etdirir”, – Baxtadze bəyan etdi.

O, həmçinin “daha yaxşı gələcək üçün addım” sülh təşəbbüsü barəsində söhbət etdi.