Mamuka Baxtadze - Prezident namizədi ilə bağlı dəstədə diskussiyalar aparılır
Mamuka Baxtadze - Prezident namizədi ilə bağlı dəstədə diskussiyalar aparılır

İctimaiyyət bilir ki, “Gürcü Arzusunda” bir çox layiqli namizəd var, hansı ki, hərhansı seçkilərdə layiqli nəticə əldə edə bilər, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze iqtidar partiyasının prezident namizədi ilə bağlı verdi.

Baş nazir qeyd etdi ki, prezident namizədi ilə bağlı dəstədə diskussiyalar davam edir.

“Gürcü Arzusu”-nun fəlsəfəsi elədir ki, parlament demokratiyası olan respublikada, konstitusiya əksəriyyətinin iqtidar partiyasında  olduğu halda, demokratik inkişaf adına, daha yaxşı olar ki, iqtidar dəstəsinin, prezident seçkilərində öz namizədi olmasın.

İkinci tərəfdən isə, təbii ki, belə bir mövqe də var ki, iqtidar partiyasının bir namizədi olmalıdır.

Baş verən hadisələrə baxıb, daha sonra müvafiq qərarımızı bildirəcəyik” – dedi baş nazir.