Mamuka Baxtadze özəl bölmənin qoşulması ilə, yeni gömrük və vergi məcəlləsinin yaradılması təşəbbüsü ilə çıxış edir
Mamuka Baxtadze özəl bölmənin qoşulması ilə, yeni gömrük və vergi məcəlləsinin yaradılması təşəbbüsü ilə çıxış edir

Gürcüstanın baş nazirliyinə namizəd, Mamuka Baxtadze özəl bölmənin qoşulması ilə, yeni gömrük və vergi məcəlləsinin yaradılması təşəbbüsü ilə çıxış edir.

Mamuka Baxtadzenin Parlamentin birləşdirilmiş komitədə bəyan etdiyinə görə, bu gün qərarların operativliyi biznesi çox narahat edir. O cümlədən, işlər məhkəmədə müzakirə olunan təqdirlərdə də.

“Qanunvericilik dəyişiklikləri hazırlanıb. Buna da əsasən hüquqi sistemdə kommersiya palataları formalaşacaq. Palatalar kommersiya və vergi işlərini müzakirə edə biləcəklər. Müvafiq olaraq islahatlar nəticəsində, ədalətin keyfiyyət və sürəti artacaq. Bu çox əhəmiyyətli islahatdır.

Müvafiq olaraq bizim təşəbbüsümüzdür ki, açıq platformada, özəl bölmənin qoşulması ilə, yeni gömrük və vergi məcəlləsini yaradaq”, – Mamuka Baxtadze bəyan etdi.