Mamuka Baxtadze - Mənə etdiyiniz etimada görə təşəkkür edirəm, bu mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir
Mamuka Baxtadze - Mənə etdiyiniz etimada görə təşəkkür edirəm, bu mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir

“Gürcü arzusu”-nun siyasi dəstəsinə və onun rəhbərinə mənə edilən etimada görə təşəkkür edirəm, bu mənim üçün həqiqən böyük bir şərəf və eyni zamanda məsuliyyətdir”, – bu bəyanatı bugün parlament əksəriyyəti tərəfindən baş nazir vəzifəsinə təqdim edilən Mamuka Baxtadze verdi.

Mamuka Baxtadze qeyd etdi ki, parlament qarşısına bir neçə prinsipə əsaslanan mövqe ilə çıxacaq:

“Birinci – Gürcü xalqının tarixi seçiminin sonuna qədər aparılması və Gürcüstanın avro-atlantik strukturlara inteqrasiyası.

İkinci – Bütün gərəkən istiqamətlərdə islahatların keçirilməsi.

Üçüncü – Kiçik iqtidar konsepsiyası, Gürcüstana kiçik, ancaq, eyni zamanda, effektiv iqtidar idarələri lazımdır.

Dördüncü – mənim həyatımın əsas prioritetidir, – təhsil, innovasiya və gənclik.

Ancaq inkişaf etmiş Gürcüstanı bizim abxaz və osetin dostlarımıza təqdim etsək, onlar ailəmizə qayıtmaq istəyəcəklər” – dedi Mamuka Baxtadze.