Mamuka Baxtadze ictimaiyyətə müraciət edir ki, Davit Qareci mövzusu ilə bağlı yanlış məlumat verməkdən baş qaçırdsınlar
Mamuka Baxtadze ictimaiyyətə müraciət edir ki, Davit Qareci mövzusu ilə bağlı yanlış məlumat verməkdən baş qaçırdsınlar

Gürcüstanın baş naziri Mamuka Baxtadze ictimaiyyətə müraciət edir ki, Davit Qareci mövzusu ilə bağlı yanlış məlumat verməkdən baş qaçırdsınlar.

Baş nazirin dediyinə görə, bu məsələ Gürcüstan və Azərbaycan arasındaki dostluq ab-havasına yaraşır bir şəkildə həll olunacaq.

Əlbəttə ki, müvafiq idarələrə tapşırıq verdim və mövzu ilə bağlı həmkarlarımızla intensiv danışıqlar aparılır.  Məlum olduğu kimi, Xarici İşlər Nazirləri arasında razılaşma əldə edildi və həmin razılaşmaya əsasən, hər iki tərəf, müxtəlif idarələrin nümayəndələrindən ibarət bir komisiya yaradacaq. Daha sonra isə, sərhədlərin delimitasiya və demarkasiya prosesi həyata keçiriləcək. Bu proses çətindir, vaxt tələb edir, ancaq, monastır kompleksinin yanına gedən yollar açıq olacaq.

Mənim üçün də bir gürcü olaraq, bu emosiyalı mövzudur, ancaq hər kəsdən yenə bir daha xahiş edirəm ki, yanlış məlumat yaymaqdan baş qaçırdsınlar. Biz və Azərbaycan dost ölkələrik. Bundan əlavə, strateji partnyorlarıq və bu məsələ də dostluğumuza yaraşan şəkildə həll olunacaq” – dedi baş nazir “İmedi” teleşirkətinin efirində çıxış edərkən.