Mamuka Baxtadze - Qüvvədə olan anti-korrupsiya sistemi Gürcüstanda mövcud olan çağırışlara cavab vermir
Mamuka Baxtadze - Qüvvədə olan anti-korrupsiya sistemi Gürcüstanda mövcud olan çağırışlara cavab vermir

Antikorrupsiya xəttinin gücləndirilməsi layihəsi onu nəzərdə tutur ki, bugünki anti-korrupsiya sistemi Gürcüstanda mövcud olan çağırışlara cavab vermir, – bu bəyanatı baş nazir Mamuka Baxtadze parlamentin iclasında verdi.

Mamuka Baxtadzenin qeyd etdiyinə görə, anti-korrupsiya sistemi və siyasəti müvafiq halların aşkarlanmasına yönəlməlidir, ancaq eyni zamanda, korrupsiya hallarının baş vermə risklərinin prevensiyasını da həyata keçirməlidir.

“Təəssüf ki, bizim sistemimiz bunu təmin edə bilmir. Bu baxımdan Baltikyanı ölkələrinin təcrübəsini müsbət dəyərləndirirəm, hansı ki, öz növbəsində Britaniya təcrübəsinə dayanır. Qeyd olunan təcrübəyi Gürcüstana mütləq gətirməliyik” – dedi baş nazir.