Mamuka Baxtadze - Gürcüstanın hər bir vətəndaşı üçün Didqori döyüşü davam edir
Mamuka Baxtadze - Gürcüstanın hər bir vətəndaşı üçün Didqori döyüşü davam edir

Didqori gürcülərin birliyinin, fədakarlığının və bizim vətənpərvərliyimizin nümunəsidir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Didqoridə bəyan etdi.

Baş nazir əhalini Didqori Bayramı münasibətilə təbrik etdi.

“Milli bayramımız münasibətilə hamınızı təbrik edirəm. Əsrlər öncə gürcü əsgəri burada düşməni məğlubiyyətə uğratdı. Bu tarixdə qaldı. Didqori gürcülərin birliyinin, fədakarlığının və bizim vətənpərvərliyimizin nümunəsidir”, – Baxtadze bəyan etdi.