Mamuka Baxtadze - Bugün Gürcüstan Dövləti əsrlər öncə əsasını qoyduğu dəyərləri davam etdirən bir ölkədir
Mamuka Baxtadze -  Bugün Gürcüstan Dövləti əsrlər öncə əsasını qoyduğu dəyərləri davam etdirən bir ölkədir

“Bu, adı Gürcüstan olan kiçik bir cənnətdir və o cənnətdə, bəşəriyyətin müvəffəqiyyəti üçün döyünən böyük ürəyi olan kiçik bir millət yaşayır, – Frankfurt kitab festivalının açılışındaki çıxışını Gürcüstanın baş naziri Mamuka Baxtadze İlia Çavçavadzenin sözləri ilə başladı.

“Bizim üçün 500 illik tarixi olan Frankfurt kitab bazarında fəxri qonaq statusu ilə iştirak etmək böyük bir şərəfdir. Bu geniş-miqyaslı festivalda bizə öz qədim və zəngin mədəniyyətimizi təqdim etmək və Avropaya nə qədər yaxın olduğumuzu göstərmək üçün imkan verilir.

Əlifba ilə anlatılan Gürcüstan, ölkəmizi məhz bu sloqanla təqdim etmək istəyirik. Məlumdur ki, əlifba ölkənin identliyinin əsas formalarından biridir, ona görə də, biz gürcülərin öz qədim və unikal əlifbamıza qarşı xüsusi sevgimiz var və onunla fəxr edirik

Gürcüstanın renesans dövrü 12-ci əsrdə idi və ədəbiyyat abidələrimiz və gürcülər üçün bir növ Bibliya olan “Pələnqdərili pəhləvan” əsəridə məhz o dövrdə yazıldı” – dedi Mamuka Baxtadze.