Mamuka Baxtadze - bizə kiçik ölçülü, eyni zamanda çox operativ və çevik hökumət lazımdır
Mamuka Baxtadze - bizə kiçik ölçülü, eyni zamanda çox operativ və çevik hökumət lazımdır

Bizə kiçik ölçülü, eyni zamanda çox operativ və çevik hökumət lazımdır, – bu barədə baş nazirliyə namizəd Mamuka Baxtadze Texnoparkda startaperlərlə görüşdən sonra bəyan etdi.

Onun dediyinə görə, məsləhətləşmələr aparılır. Bununla yanaşı, Baxtadzenin qeyd etdiyinə görə, kiçik ölçülü hökumət müəyyən idarələrin birləşdirilməsini də nəzərdə tutur.

“Bizim konsepsiyamız çox əhəmiyyətli dəyişiklikləri nəzərdə tutan hökumətdir. Bu mərhələdə sizə təsdiq edə biləcəyim bu qədərdir. Sözsüz ki, məsləhətləşmələr aparılır. Bizə kiçik ölçülü, eyni zamanda çox operativ və çevik hökumət lazımdır. Prinsip odur ki, kiçik ölçülü hökumət müəyyən idarələrin birləşdirilməsini də nəzərdə tutur. Buna görə, xahiş edirəm məsləhətləşmələri gözləyəsiniz və cavabı mütləq alacaqsınız”, – Baxtadze bəyan etdi.