Mamuka Baxtadze - Bizə ayrı-ayrı duran simvollar lazım deyil, mədəniyyət, təhsil və idman, yüksək dəyərləri olan vətəndaşları birlikdə yetişdirməlidirlər
Mamuka Baxtadze - Bizə ayrı-ayrı duran simvollar lazım deyil, mədəniyyət, təhsil və idman, yüksək dəyərləri olan vətəndaşları birlikdə yetişdirməlidirlər

Bizə ayrı-ayrı duran simvollar lazım deyil, mədəniyyət, təhsil və idman yüksək dəyərləri olan vətəndaşları birlikdə yetişdirməlidirlər, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze “Vətənpərvərlər alyansı” fraksiyasının iclasında verdi.

Baş nazirin dəyərləndirməsinə görə, qeyd olunan məsələ milli düşüncə və ümumiyyətlə, insan dəyərləri ilə bağlıdır.

“Mədəniyyət, təhsil və idman sahələri məktəblərdən başlayaraq, bərabər fəaliyyət göstərməlidirlər və sağ düşüncəli və sağlıqlı vətəndaşlar yetişdirməlidirlər” – dedi Mamuka Baxtadze.

Onun dediyinə görə, Mədəniyyət, Təhsil və İdman Nazirliklərinin birləşdirilməsi doğru bir qərardır.