Mamuka Baxtadze - Biz inanırıq ki, güclü regionlar güclü Gürcüstan deməkdir

Biz inanırıq ki, güclü regionlar güclü Gürcüstan deməkdir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Kaxetidə, Beynəlxalq İnvestisiya regional forumunda verdi.

Mamuka Baxtadze qeyd etdi ki, iqtisadi siyasətdə xüsusi prioritet inkluziv artıma verilir, hansı ki, Gürcüstanın hər bir vətəndaşına toxunan bir artımı nəzərdə tutur.

“Təəssüf ki, illər ərzində aparılan yanlış iqtisadi siyasət bizə problemlərlə dolu iqtisadi struktur buraxdı və bütün bunları düzəltmək üçün məqsədyönlü siyasətin aparılması lazımdır.

Hal-hazırda, biz regional inkişafa xüsusi əhəmiyyət veririk. „Bunu Kaxetidən başladıq, harda 2018-ci ilin üzüm sezonu “rtveli” Müstəqil Gürcüstan tarixində ən müvəffəqiyyətli oldu.

Ancaq, təbii ki, biz yenədə, əldə etmək istədiyimiz göstəricilərdən çox uzaqdayıq” – dedi Mamuka Baxtadze.

Onun dediyinə görə, Kaxeti regionunda iqtisadi potensialın sadəcə 25 faizi istifadə edilib və bu da deməkdir ki, Kaxetidə iqdisadiyyatın inkişafı üçün böyük resurs var.