Mamuka Baxtadze - Bank sektoru ilə bərabər elə oyun qaydalarını və maliyyə mexanizmlərini hazırlayacağıq, hansılar kiçik və orta startap bizneslərinin inkişafına yardım edəcək
Mamuka Baxtadze - Bank sektoru ilə bərabər elə oyun qaydalarını və maliyyə mexanizmlərini hazırlayacağıq, hansılar kiçik və orta startap bizneslərinin inkişafına yardım edəcək

Maliyyə Naziri Mamuka Baxtadzenin bəyanatına görə, bank sektoru ilə bərabər elə oyun qaydaları və maliyyə mexanizmləri yaradılacaq, hansılar kiçik və orta bizneslərin inkişafına yardımçı olacaq.

Mamuka Baxtadze bugün medya ilə keçirdiyi görüşdə bəyan etdi ki, bank sektoru Gürcüstan iqtisadiyyatının ən önəmli və müvəffəqiyyətli sektorlarından biridir. Qeyd olunan sektor dünyanın aparıcı fond birjalarında təqdim edilib və bu da ölkə üçün çox əhəmiyyətlidir.

Nazir start kapitalının islahat ideyası haqqında danışdı və qeyd etdi ki, bir çox önəmli layihələr və ideyalar əksər hallarda start kapitalının əlyetərsizliyinə görə, həyata keçirilə bilmirlər.

“Ona görə də, bank sektoru ilə bərabər, elə şəraitlər və maliyyə mexanizmləri yaradılacaq, hansılar kiçik, orta və startap bizneslərinin inkişafına yardımçı olacaq” – dedi Mamuka Baxtadze.

Maliyyə Nazirliyinin dediyinə görə, start kapitalının reforması bir neçə proqramdan ibarətdir, hansılar ki, biznesin tələblərinə uyğunlaşdırılacaq. İslahat çərçivəsində, necə startap-ların inkişafı, eləcədə, kiçik biznesin genişləndirilməsi imkanları müzakirə olunacaq.