Mamuka Baxtadze - 1989-cu ilin aprelin 9-da verilən qurbanla Gürcüstan Avropa identliyini qaytardı, halbuki 30 il bundan əvvəl bundan çox uzaq idi
Mamuka Baxtadze - 1989-cu ilin aprelin 9-da verilən qurbanla Gürcüstan Avropa identliyini qaytardı, halbuki 30 il bundan əvvəl bundan çox uzaq idi

Gürcüstanın baş naziri Mamuka Baxtadze Avropa Şurasının parlament Assambleyasındaki çıxışını 9 aprel faciəsi ilə başladı.

Baxtadze qeyd etdi ki, 1989-cu ildə kiçik bir millət azadlığını və suverenliyini qorumaq üçün birləşdi və o gün gürcü milləti Sovet İttifaqında söz azadlığından istifadə etdi.

Baş nazirin dediyinə görə, bugünki çıxışı o vətənin birliyi və azadlığı uğrunda həyatlarını itirən insanlara həsr olunur.

“O illərdən sonra çox çağırışlardan keçdik. Son 20 ildə əldə etdiyimiz müvəffəqiyyətlər həm Gürcüstana, həm Avropa Şurasına aiddir. Demək olar ki, inanılmazı bacardıq” – dedi Mamuka Baxtadze.