Macarıstan mediasının məlumatına görə, "Vizear" 10 martdan 4 aprelədək İtaliya istiqamətinə uçuşlarını dayandırır
Macarıstan mediasının məlumatına görə, "Vizear" 10 martdan 4 aprelədək İtaliya istiqamətinə uçuşlarını dayandırır

“Vizear” macar aviaşirkəti 10 martdan 4 aprelədək İtaliya istiqamətinə uçuşlarını dayandırır. Məlumatı macar mediası “Vizear” aviaşirkətinin vebsəhifəsinə istinad edərək yayır.

Məlumata əsasən Roma, Boloniya, Kataniya, Neapol, Milan və Bari istiqamətinə biletlər 10 martdan 4 aprelədək satılmayacaq.

Şirkətdə bəyan edirlər ki, əlavə məlumat gələcəkdə dərc olunacaq.

Həmin dövr üçün artıq bilet alan şəxslərə cadvəlin dəyişdirilməsini və ya məbləğin geri qaytarılmasını təklif edirlər.

Az sonra Gürcüstandan İtaliya istiqamətinə uçuşların azaldılması barəsində məlumat yayıldı.