Maia Tskitişvili Nazir vəzifəsindən istefa etdi
Maia Tskitişvili Nazir vəzifəsindən istefa etdi

Regional İnkişaf və İnfrastruktur naziri Maia Tskitişvili vəzifəsindən istefa etdi.

Bu barədə “Gürcü Arzusunun” siyasi şurasının iclası başa çatdıqdan sonra  məlum oldu.

Baş nazir namizədi İrakli Ğaribaşvili qeyd etdi ki, Maia Tskitişvilinin yerinə nazir vəzifəsində İrakli Karseladze işləyəcək.

“Xanım Maia Tskitişviliyə ölkəmiz üçün etdiyi dəyərli xidmətlərinə görə təşəkkür etmək istəyirəm, o doqquz il ərzində bir neçə iqtidar zamanı, beş baş nazirin dəyişdirildiyi müddətdə ölkəyə xidmət edirdi” – dedi İrakli Ğaribaşvili.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili iqtidarın yeni tərkibini bugün təqdim etdi.