Maia Tskitişvili - Kimsə söz azadlığını qadağan etmir, ancaq gəlin öz fikrimizi elə bildirək ki, digərlərinə zərər verməyək, vətəndaşlarımızı və iqtisadiyyatımızın təhlükəsizliyini qoruyaq

Hər birimiz yaxşı başa düşməliyik ki, məhdudiyyətlərin qoyulub-qoyulmaması hər-birimizdən və qaydaları və bütün requlyasiyaları necə qoruduğumuzdan asılıdır, – bu barədə bəyanatı Gürcüstanın vitse-premyeri və Regional İnkişaf və İnfrastruktur Naziri Maia Tskitişvili koordinasiya şurasının iclasından sonraki brifinqdə verdi.

Vitse-premyer requlyasiyaların qorunması prosesində sadəcə siyasətçilərin və iş verənlərin deyil, vətəndaşların da böyük məsuliyyətinin önəmi barədə danışdı.

“Biz ifadə azadlığını heç vaxt qadağan etməmişik. Başa düşürük ki, ölkədə seçkilər oldu və nəticələrin yekunlaşdırılmasından sonra ikinci tur olacaq. Bu prosesləri yüksək səviyyədə keçirməliyik.

Çox vacibdir ki, siyasətçilər, partiyalar, aktivistlər və tərəfdarlar söz azadlığını qoruyarkən və etirazlarını bildirərkən, gərəkən requlyasiyaları da qorusunlar.

Fikrimizi elə ifadə edək ki, digərlərinə zərər verməyək və vətəndaşlarımızın təhlükəsizliyini və ölkə iqtisadiyyatını qoruyaq” – dedi Maia Tskitişvili.