Maia Tskitişvili - Bu mərhələdə özəl və ictimai uşaq bağçaları açılmır
Maia Tskitişvili - Bu mərhələdə özəl və ictimai uşaq bağçaları açılmır

Bu mərhələdə özəl və ictimai uşaq bağçaları açılmır, fevralın 15-dən sadəcə məktəblər açılır, – bu bəyanatı Gürcüstanın vitse-prezidenti Maia Tskitişvili verdi.

Maia Tskitişvili qeyd etdi ki, hər şeyi birdən açmaq olmaz və məhdudiyyətlər mərhələ şəklində, hansı seqmentin daha vacib olmasından irəli gələrək qaldırılır.

“Biz baxırıq hansı seqment daha vacibdir və razılaşdıq ki, məktəblərin açılması daha vacibdir və uşaq bağçalarının bu mərhələdə açılmamasına qərar verdik” – dedi Maia Tskitişvili.