Maia Tskitişvili - Bizim üçün testsiz və karantinsiz sərhədlərini açmağı təklif edən ölkələr var və bu məsələ ilə bağlı fəal şəkildə işləyirik
Maia Tskitişvili - Bizim üçün testsiz və karantinsiz sərhədlərini açmağı təklif edən ölkələr var və bu məsələ ilə bağlı fəal şəkildə işləyirik

Avropa İttifaqının bütün ölkələri pandemiya ilə mübarizə hissəsindəki müvəffəqiyyətimiiz qəbul etdilər və Gürcüstan Avropa İttifaqı ölkələrinin sərhədlərinin açıq olduğu 15 ölkə arasına daxil edildi, – bu bəyanatı Regional İnkişaf və İnfrastruktur Naziri və vitse-premyer Maia Tskitişvili verdi.

Onun dediyinə görə, bu mərhələdə müəyyən ölkələrlə danışıqlar aparılır.

“Hər ölkənin öz rejimi var. Misal üçün Avstriya Avropa İttifaqı ölkələrindən başqa heç bir ölkə üçün sərhədlərini açmaq istəmir. İtaliya isə, qərar verdi ki, açsın, ancaq 14 günlük karantin şərti ilə. Elə ölkələr var, hansılar bizə hərhansı testsiz və karantinsiz sərhədlərini açmağı təklif edirlər. Hazırda bu məsələlərlə bağlı işləyirik” – dedi Maia Tskitişvili.