Maia Otinaşvilinin ailəsi Qızıl Xaçdan məlumat aldı ki, onun bədən xəsarətləri yoxdur
Maia Otinaşvilinin ailəsi Qızıl Xaçdan məlumat aldı ki, onun bədən xəsarətləri yoxdur

İşğal rejimi tərəfindən həbs edilən Maia Otinaşvilinin ailəsi Qızıl Xaçdan məlumat aldı ki, Maia Otinaşvilinin sağlamlığı stabildir və bədən xəsarətləri yoxdur.

Maia Otinaşvilinin həyat yoldaşı İqor Makişvili Birinci Kanala dedi ki, Qızıl Xaç nümyəndələri onunla dünən gecə əlaqə saxladılar və Maianın vəziyyəti haqqında detallı məlumat verdilər.

İqor Makişvilinin dediyinə görə, Maia Otinaşviliyi Qızıl Xəçin Sxinvali ofisinin nümayəndələri ziyarət etdilər və onların dediyinə görə, Maia Otinaşvili yaxşı görünür və fiziki zərər görməyib.

Xalq Müdafiyəçisi Nino Lomcaria dünən məlumat yaydı ki, Maia Otinaşvili döyülüb.

Otinaşvilinin ailəsi isə, bəyan edir ki, Lomcarianın bu bəyanatı hansı əsasla verdiyini anlamırlar.

37 yaşlı Maia Otinaşvili işğal xəttinin yanında işğal qüvvələri tərəfindən sentyabrın 29-da qaçırdıldı.

Sxinvalidən alınan məlumata görə, Maia Otinaşvili 10 günlük həbs cəzasını çəkməlidir.